Telegram işlədənlər ehtiyatlı olsun - Şəxsi məlumatlarınız ələ keçirilir

Telegram işlədənlər ehtiyatlı olsun - Şəxsi məlumatlarınız ələ keçirilir
Foto
Sosial 93

Son zamanlar "Telegram" istifadəçiləri arasında hesabların oğurlanması halları yaşanır.

BAKU.WS-in məlumatına görə, fırıldaqçılar zərərçəkmiş şəxsin adından onun kontakt siyahısındakı insanlara mesaj və link göndərir. Mesajda "Sənin şəklini bu saytda gördüm" kimi cəlbedici ifadələr yer alır.

İstifadəçi həmin linkə kliklədikdə onun "Telegram" hesabına giriş məlumatları oğurlanır. Nəticədə, hesab tam ələ keçirilir, şəxsi məlumatlar (səs yazıları, fayllar, şəkillər, kontaktlar) silinir və sahibinə hesabına yenidən daxil olmaq imkanı verilmir.

Telegram işlədənlər ehtiyatlı olsun - Şəxsi məlumatlarınız ələ keçirilir

Daha sonra həmin şəxslərdən "Telegram Premium" abunəliyi almaq tələb olunur, çünki hesabı bərpa etmək mümkün olmur və yeni hesab açmaq zərurəti yaranır. Yeni hesabda isə əvvəlki bütün məlumatlar itirilmiş olur.

Telegram işlədənlər ehtiyatlı olsun - Şəxsi məlumatlarınız ələ keçirilir

Bu proses zəncirvari şəkildə davam edir - linkə daxil olan hər bir şəxsin hesabı eyni üsulla ələ keçirilir və bu yolla fırıldaqçılar yeni qurbanlar tapırlar.

Belə hallarda nə etmək lazımdır?

İlk addım kimi, göndərilən hər hansı linki açmamaq lazımdır. Hətta bu mesajı sizə çox yaxın dostunuz və ya ailə üzvünüz göndəribsə belə, linkin təhlükəsiz olduğuna əmin olmadan üzərinə klikləmək olmaz. Fırıldaqçılar çox zaman hesabları ələ keçirdikdən sonra həmin hesabın adından digər istifadəçilərə mesajlar göndərirlər, bu da insanlarda etibar yaradır.

Daha sonra "Telegram" proqramının təhlükəsizlik bölməsinə daxil olaraq iki mərhələli doğrulama sistemini aktivləşdirmək lazımdır. Bu funksiya hesabınıza əlavə təhlükəsizlik qatını əlavə edir - yəni kimsə sizin nömrənizi ələ keçirsə belə, ikinci parolu bilmədən hesaba daxil ola bilməz.

Telegram işlədənlər ehtiyatlı olsun - Şəxsi məlumatlarınız ələ keçirilir

Həmçinin şifrələrin və e-mail ünvanlarının mütəmadi yenilənməsi tövsiyə olunur. Sadə, asan təxmin edilə bilən şifrələr (məsələn, doğum tarixi və ya adınız) yerinə, hərflər, rəqəmlər və simvollardan ibarət güclü parollar seçilməlidir.

Əgər hesabınız artıq ələ keçirilibsə, dərhal rəsmi "Telegram Support" xidməti ilə əlaqə saxlayın. Dəstək komandasına vəziyyəti ətraflı şəkildə izah edin və mümkün qədər tez tədbir görülməsini istəyin.

Bundan əlavə, dostlarınızı və kontakt siyahınızdakı insanları xəbərdar etmək çox vacibdir. Onlara bildirmək lazımdır ki, hesab oğurlanıb və sizin adınızdan gələn heç bir linkə keçid etməsinlər. Bu, fırıldaqçıların daha çox insanı aldatmasının qarşısını almağa kömək edəcək.

Oxşar xəbərlər

Son xəbərlər