Telefonda ölüyə Quran oxutdurmaq olarmı? (VİDEO)
Mollaya pul verib quran oxutdurmaqdansa yasin surəsinin oxunuşunu mobil telefona yazıb qəbir üstündə səsləndirmək kimin ağlına gələrdi? Bu məsələ isə ən çox elə qəbristanlıqda belə demək mümkünsə müştəri gözləyən mollaları narahat edir. Onlar şikayətlənirlər ki daha əvvəlki kimi qazana bilmirlər.
BAKU.WS xəbər verir ki, bu qeyri adi iddianı qəbristanlıq mollası olan Mirfaiq Həsənov irəli sürür. Deyir ki. mollaların xidmətindən istəfadə edənlər azalıb. Ölüsünə quran oxutdurmaq istəyənlər yasin surəsinin oxunuşunu mobil telefona yazıb, qəbrin üstündə səsləndirlər.
Molla deyir ki, bəziləri quran oxutdurmağa pul vermir, əvəzində bahalı güllər alıb qəbri bəzəyir. Hansı ki o güllərin ölüyə heç bir xeyri yoxdur.
Din xadimi Haci Mirhəmid isə deyir ki, qübrin üstünə gül düzmək ölü yaxınlarının öz işidir. O ki, qaldı Quranın telefonla oxutdurulmasına, bu düzgün deyil.
Din Xadimi Quran canlı oxunmalı, sonra isə ölünün ruhuna hədiyyə edilməli, yəni tapşırılmalıdır.
Hacı Mirhəmid bildirir ki, daha yaxşısı o olardı ki, hər bir kəs ölüsü üçün öz dili ilə bildiyi surə və ayələrdən oxuyub Ruhuna hədiyyə etsin.
Xəzər TV-nin hazırladığı geniş reportajı sizə təqdim edirik:
BAKU.WS
Oxşar xəbərlər
Bakıda molla qəbiristanlığın divarını telefon nömrəsi ilə “bəzəyib” - VİDEO
Molla divarları yazır, özü də qəbristanlığın divarlarını. Gülməlidir, amma gerçəkdir. Hətta divara öz nömrəsini yazır. Babək prospektindəki qəbristanlıqda bir m...