"TəhsilPlus" kartı 450 min təhsil işçisini əhatə edəcək
Azərbaycanda təhsil sahəsində çalışanlara yönəlik "TəhsilPlus" adlı yeni çoxfunksiyalı kart layihəsinin 450 min nəfəri əhatə edəcəyi planlaşdırılır.
Bu barədə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov məlumat verib. Onun sözlərinə görə, Kapital Bank və "Mastercard" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində təqdim edilən kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrində çalışan pedaqoji və inzibati heyətə şamil ediləcək.
Elnur Nəsibov qeyd edib ki, "TəhsilPlus" kartı yalnız əməkhaqqı kartı funksiyasını daşımayacaq, eyni zamanda müxtəlif üstünlüklər və güzəştlər təqdim edəcək.
Oxşar xəbərlər
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanılıb
"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər" Dövlət Proqramına əsasən paytaxtda 24 yol infrastrukt...