Təhsil İnstitutunun yeni direktoru Azərbaycanda bir ilkə nail olub
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil nazirinin əmri ilə Təhsil İnstitutuna direktor təyin edilən Rüfət Əzizov Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə həyata keçirdiyi Neft və Qaz Menecmenti üzrə MBA proqramı çərçivəsində “Dizayn təfəkkürü” dərsini tədris edir.
BAKU.WS BANM-a istinadən xəbər verir ki, bu cür dərslər Rüfət Əzizov tərəfindən Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində keçilir.
O eyni zamanda, Kimya Mühəndisliyi ixtisası üzrə Magistratura pilləsində, eləcə də Layihələrin İdarəolunması Məktəbində də dərs deyir.
Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...