Təhsil Nazirliyindən pop-korn satan gəncə - TƏKLİF
09
may
2019
14:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Azneft Meydanı yaxınlığındakı keçiddə pop-korn satan gənc tapılıb.BAKU.WS xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.“Bir neçə gündür Azneft Meydanının yaxınlığındakı keçiddə popkorn satan gənclə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq.Deməli, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX - cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.Əmək Məcələsi 15 yaşından sonra işləmək hüququ verir.İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək”, - deyə nazirlik rəsmisi bildirib.
Oxşar xəbərlər
"O uşaqdan popkorn almaq lazım idi" - Rasim Musabəyova həmkarından ETİRAZ
Milli Məclisin deputatı Rasim Musabəyovun etirazı nəticəsində “Azneft” meydanında yerləşən yeraltı keçiddən "popkorn" satan yeniyetmənin oradan uzaqlaşdırılması...