"O uşaqdan popkorn almaq lazım idi" - Rasim Musabəyova həmkarından ETİRAZ
09
may
2019
13:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin deputatı Rasim Musabəyovun etirazı nəticəsində “Azneft” meydanında yerləşən yeraltı keçiddən "popkorn" satan yeniyetmənin oradan uzaqlaşdırılması ictimaiyyət tərəfindən qəzəblə qarşlılanıb. BAKU.WS xəbər verir ki, deputat Aydın Mirzəzadə "popkorn" məsələsi ilə gündəmə gələn Rasim Musabəyova cavab verib.O, “Facebook” səhifəsində həmkarının bu addımını pisləyib:“Azneft” meydanının altındakı yeraltı keçiddə popkorn satan uşağın məsələsi məni çox təsirləndirdi. O uşağı oradan aparatı ilə çıxarmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi.Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Tolik "pop-korn" satan yeniyetməni qovan deputata qəzəbləndi: Ayıb olsun sənə!
Deputat Rasim Müsabəyov Azneft dairəsi ərazisində yerləşən keçiddə popkoron satan gənci həmin ərazidən uzaqlaşdırılmasına nail olub. BAKU.WS xəbər verir ki, pr...