Tolik "pop-korn" satan yeniyetməni qovan deputata qəzəbləndi: Ayıb olsun sənə!
08
may
2019
16:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Deputat Rasim Müsabəyov Azneft dairəsi ərazisində yerləşən keçiddə popkoron satan gənci həmin ərazidən uzaqlaşdırılmasına nail olub. BAKU.WS xəbər verir ki, prodüser Tolik (Tarix Əliyev) "İnstagram" hesabında bu hərəkətinə görə deputatı sərt şəkildə tənqid edib. "Bu millət vəkilin heç tanımıram. Heç bilmirəm millət üçün nə edib. Onu keçiddə popkorn satan uşaq narahat edibsə, bu uşağa başqa yerdə iş verərdi. Bu Ramazan ayında kiminsə çörəyinə bais oldun. İnşallah bu axırıncı millət vəkili statusun olar. Gələn seçkilərdə səs verənlər bir daha öz seçdiyi namizədin ürəyini və nə işlər gördüyünün şahidi olarlar. Ayıb olsun! O uşağı kim tanıyırsa,mənə desin. Mən ona iş tapmağında kömək olacam. Tapa bilməsə,ona əlimdən gələn yardımı edəcəm.Mən bilmirem hansı rayondan millət vəkili, biri mənə yazsın görüm bu 68 yaşlı "millət vəkili" bu xalq üçün neyləyib, hansı kasıba əl tutub? Edibsə, deyin, mən də bilim".Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Rasim Musabəyovdan "popkorn" etirazı: "Ay məmurlar
"Ay məmurlar, siz bunu görmürsüz? Bakılıları zəhərləyənlərə və bizi qonaqların qarşısında utandıranlara qarşi kimsə ölçü götürəcək?"BAKU.WS xəbər verir ki, bu s...