Rasim Musabəyovdan "popkorn" etirazı: "Ay məmurlar

Rasim Musabəyovdan popkorn etirazı: Ay məmurlar
Sosial 1574
"Ay məmurlar, siz bunu görmürsüz? Bakılıları zəhərləyənlərə və bizi qonaqların qarşısında utandıranlara qarşi kimsə ölçü götürəcək?"BAKU.WS xəbər verir ki, bu sözləri Azneft meydanı ərazisində yerləşən yeraltın keçiddə "popkorn" satılmasına qarşı çıxan Milli Məclisin deputatı Rasim Musabəyov deyib."Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaiti xərclənən bu yeraltı keçidə həyasızcasına "popkorn" satıcısı qoyulub və bütün ətrafı iyləndirib.İcazəsiz işləyirlər, dövlətin elektrik enerjisindən pulsuz istifadə edirlər, vergi vermirlər. Bütün bunlar onlarla məmurun gözü qarşısında baş verir", - deyə deputat Rasim Musabəyov qeyd edib.
Rasim Musabəyovdan
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər