Bakıdakı dəhşətli qətlin səbəbi: arvadının başını niyə kəsdi?
20
dek
2017
17:05
Ötən gecə Bakının Binəqədi rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 52 yaşlı Rasim Çəltikovun həyat yoldaşı 50 yaşlı Arifəni mübahisə zəminində öldürdüyü məlum olub.Bildirilir ki, Rasim Çəltikov Binəqədi qəsəbəsi 3-cü mədən, 124-cü korpusda yerləşən evini satmaq istəyirmiş. Lakin qadın ərinin bu istəyinə qarşı çıxıb və evi satmağa imkan verməyəcəyini deyib. Ardıcıl davam edən münaqişələrdən sonra dünən gecə saatlarında Rasim Çəltikov məlum cinayəti törədib.Hadisə vaxtı evdə onların qızı olub. Lakin o, atasının anasının boğazını kəsərək öldürməsindən hadisədən bir qədər sonra xəbər tutub və polisə xəbər verib.BAKU.WS
Oxşar xəbərlər
Arvadının başını kəsdi - Bakıda dəhşətli qətl
Bakıda dəhşətli qətl törədilib. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində 1965-ci il təvə...