Nazir Rasim Balayevin prezidentlə görüşə çağırılmaması haqda: "Üzr istəyirəm"
05
mar
2019
15:14
"Mən Rasim Balayevə çox yaxşı münasibət bəsləyirəm. Hesab edirəm ki, biz kifayət qədər dost münasibətində olmuşuq". BAKU.WS xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanda 270-dən çox xalq artistləri, 1300-dən çox əməkdar incəsənət xadimləri var."Onların hamısını bir yerə toplasaq Heydər Əliyev sarayında da yerləşdirmək olmazdı. Həmçinin orada açıq söhbət aparmağa imkan olmayacaqdı. Gələn dəfə digər formatda bizim nüfuzlu, hörmətli aktyorlarımız, rəssamlarımız, bəstəkarlarımız və yazıçılarımız da iştirak edə biləcək. Bu formatda kimsə kənarda qaldı. Üzr istəyirəm. Gələn dəfə bunu nəzərə alarıq", - deyə nazir əlavə edib.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Nazir "Planet Parni iz Baku"ya qoyulan qadağadan danışdı: "Müdaxilə edə bilmərəm"
""Planet Parni iz Baku"nun fəaliyyəti daim nazirliyin diqqətindədir. Bütün konsertlərin təşkili üçün Heydər Əliyev Sarayında şərait yaradılır". BAKU.WS xəbər ve...