Təhsil nazirindən peşə təhsili ilə bağlı VACİB AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu il ötən illə müqayisədə 27 faiz daha çox gənc peşə təhsilinə cəlb olunub”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, gənclərin peşə təhsilinə marağı onların gələcək iqtisadi gəlirlərinə təsir edəcək amillərdən biridir:
“Bir çox bölgələrdə peşə təhsili ilə bağlı işlər görülür. Bərdə və Cəlilabad rayonlarında peşə təhsili mərkəzləri tikilir, Lənkəran və Bakıda peşə təhsili mərkəzlərinin təməli qoyulub, Mingəçevirdə isə layihələndirmə işlərinə başlanılıb”.
Nazir qeyd edib ki, Azərbaycanın 35 məktəbində peşə təmayüllü siniflərin yaradılması istiqamətində iş aparılır:
“Yaxın gələcəkdə belə məktəblərin sayının 50-yə çatdırılması olması planda var. Hazırda peşə təhsilinə qəbul prosesi elektron formada aparılır”.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...