TƏBİB Formula-1 çərçivəsində tibbi xidmət təşkil edəcək

TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan 2025-ci il Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
18-21 sentyabr 2025-ci il tarixlərində Formula-1 yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
Qeyd edək ki, TƏBİB 6 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.
Oxşar xəbərlər
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunda işlərin tamamlanacağı vaxt AÇIQLANIB
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər 2026-cı ilin yazında başa çatacaq BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıql...
