TƏBİB-dən təcili yardım maşınlarına yol verən sürücülərə maraqlı təşəkkür
TƏBİB paytaxt küçələrində Təcili Tibbi Yardım avtomobillərinə yol verən sürücülərə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
"Təqdim edilən bu videoçarx yol hərəkəti qaydalarına riayət etmək şərti ilə təcili yardım avtomobillərinə yol verən sürücüləri təbliğ və təşviq etmək, onlara göstərdikləri diqqətə görə təşəkkür etmək və ən əsası başqalarına nümunə göstərmək xarakteri daşıyır.
Unutmayın ki, sizin kiçik bir hərəkətiniz insan həyatının xilasında böyük rol oynaya bilər!
#SürücülərəTəşəkkür həştəqi ilə bu videoçarxın daha çox paylaşılmasına və ölkəmizdə avtomobil idarə edən hər kəsə çatmasına dəstək olmağınızı xahiş edirik!
Çalışın, siz də xilaskar olun!", - deyə paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
36° isti və yağış... - Sabahın hava proqnozu
Avqustun 14-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-əv verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şər...