Tarixi abidə məktəb tikintisini yarımçıq qoydu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunun Qrız kəndində yeni orta məktəbin inşası zamanı orta əsrlərə aid qutu qəbirlər və saxsı nümunələr aşkar olunub.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, Dövlət Xidmətinin regional idarəsinin əməkdaşları əraziyə baxış keçirib və qazıntı işləri dayandırılıb.
Əraziyə arxeoloqların baxış keçirməsi üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət olunacaq.
Qeyd edək ki, ötən gün Qubada məktəb tikintisi zamanı tarixi abidə aşkar edildiyi üçün kənd sakinləri tikintinin dayandırılmasını istəyiblər.
Qalereya
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...