Ət niyə bahalaşdı - SƏBƏB (VİDEO)

Ət niyə bahalaşdı - SƏBƏB (VİDEO)
Video
Sosial 3623

Adətən yay aylarında mal və qoyun ətinin qiyməti ucuz olsa da, bu dəfə bunun əksi müşahidə olunur. On gün əvvəl satılan mal və qoyun ətinin qiyməti ilə indiki qiymət arasında fərq var: ət bahalaşıb.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, həm paytaxtda, həm də rayonlarda ət kəsimi məntəqələrində apardığımız müşahidələr bunu deməyə əsas verir. Paytaxtda satıcılar deyirlər ki, ümumilikdə mal və qoyun ətinin qiymətində 1 manat - 1 manat 50 qəpik arasında artım var.

Satıcılar buna səbəb kimi rayonlarda otun qiymətinin artmasını göstərirlər.

Yevlaxda da ətin qiyməti qalxıb. Qəssablar 1 kiloqram mal ətini 11 manata təklif edirlər. Ət satıcıları qoyun ətinin 8, quzu və dana ətinin isə 11 manata satılmasını kəndlidən heyvanı baha almaları ilə əlaqələndirirlər.

Ətin qiymətinin qalxması alıcıların sayına da təsir göstərib. Qəssablar son bir neçə gündə alıcıların sayının nisbətən azaldığını deyirlər.

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda ət qəfil ucuzlaşdı (VİDEO)

Azərbaycanda ət qəfil ucuzlaşdı (VİDEO)

12 manata qədər bahalaşmış dana ətinin qiyməti düşür. Müxtəlif yerlərdə fərqli qiymətlər olsa da, ümumilikdə ətin qiyməti 1 manat, 1 manat 50 qəpiyə qədər ucuzl...

6982 Video 10:09 23 aprel 2017

Son xəbərlər