Sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəası qanunvericilikdən çıxarılır
06
noy
2017
11:55
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.BAKU.WS-in “Report”a istinadən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.Layihəyə əsasən, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.BAKU.WS
Oxşar xəbərlər
Ərşad Hüseynov: "Sükan arxasında şirin söhbət də etmək olar, nağıl danışmaq da olar"
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov öz “Facebook” səhifəsində son günlər sürücülərin sükan arxasında söhbət etməsi hallarına cərimə tətbiq o...