Sürücüləri çaşdıran vəziyyət - Xaos içində qalan yollar
Baku TV-nin "Necə olmalıdır?" rubrikasında Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində sürücüləri çaşdıran vəziyyətlərə diqqət çəkilib.
Bildirilib ki, prospektlə hərəkət edən nəqliyyat vasitələri üçün sağda baş yol nişanı olsa da, köməkçi yoldakı avtomobillərin qarşısında üstünlük nişanı olmadığı üçün sola çıxıb irəlidən geridönmə edənlər əsas yol hərəkətinə mane olurlar.
Telnov küçəsi ilə kəsişmədə isə sürücülər geri dönmək üçün iki yerdən istifadə edə bilərlər, çünki birincidə geridönməni qadağan edən nişan yoxdur.
Geri dönmək üçün ayrıca zolaq olmadığına görə bəzi sürücülər yolun istənilən hissəsindən manevr edir, halbuki qanun yalnız kənar zolağın istifadəsini nəzərdə tutur.
Bu xaotik hərəkət isə Telnov küçəsindən gələnlər üçün ciddi təhlükə yaradır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Yasamalda yanğının baş verdiyi yaşayış binasının qarşısında qərargah yaradılıb
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının qarşısında FHN tərəfindən xüsusi qərargah yaradılıb. B...