"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı
Subay insanlarda xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi iddia edilir.
Mayami Universiteti tədqiqatçılarının 2015-2022-ci illəri əhatə edən araşdırması bu nəticəyə gəlməyə əsas verib.
Tədqiqata əsasən, heç vaxt evlənməmiş kişilərdə xərçəngə tutulma ehtimalı evli həmkarları ilə müqayisədə 68%, qadınlarda isə 85% daha yüksəkdir. Lakin mütəxəssislər evliliyin birbaşa xərçəngdən qoruduğu fikri ilə razılaşmırlar. Onların qənaətinə görə, əsas faktor ailə vəziyyəti deyil, həyat keyfiyyətidir.
Həkim-mütəxəssis Adil Qeybulla Baku TV-yə bildirib ki, onkoloji xəstəliklərin yaranmasında əsas rolu genetik və ekoloji faktorlar oynayır:
"Kanserogen maddələr siqaret tüstüsündə, avtomobil qazlarında, neft məhsullarında və bəzi qidalarda mövcuddur. Həmçinin müəyyən viruslar və uzunmüddətli xroniki infeksiyalar da xəstəliyin yaranmasına səbəb ola bilər. Subay qadınlarda yumurtalıq və süd vəzi xərçənginə də tez-tez rast gəlinir".
Həkim qeyd edib ki, subay insanlar adətən daha sərbəst həyat tərzi keçirir, qidalanma rejiminə, siqaret və alkoqol istifadəsinə daha az məhdudiyyət qoyurlar. Lakin o, sosial amillərlə bağlı bu cür yanaşmaların hər zaman güclü elmi əsasının olmadığını da vurğulayıb.
Oxşar xəbərlər
Yola çıxanların NƏZƏRİNƏ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib. BDYPİ-dən BAKU.WS-ə verilən məlumata görə...