Su kəmərində baş vermiş qəza əhalinin su təchizatına təsir göstərəcək? "Azərsu" açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir göstərməyəcək.
Bunu BAKU.WS-ə açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, hazırda bu xətt üzrə “Azərsu” ASC-nin iki xətti fəaliyyət göstərir: “Digər magistral xətt üzrə dayanıq və fasiləsi su təminatı təmin edilir. Hazırda Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür”.
Xatırladaq ki, magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...