İsti havalarda diqqət edilməli 3 əsas qayda: Hər kəs əməl etməlidir

İsti havalarda diqqət edilməli 3 əsas qayda: Hər kəs əməl etməlidir
Sosial 86

Yay aylarında isti hava insan sağlamlığına kifayət qədər ciddi ziyan vura bilər. Yay istisində ürək-damar xəstəlikləri, hipertoniya, şəkərli diabet, qalxanabənzər vəzin patologiyası, piylənmə problemi olanlar xüsusilə diqqətli olmalıdırlar.

BAKU.WS xarici araşdırmalara istinadən, isti havalarda nələrə diqqət etməli olduğunuzu təqdim edir:

1. İlk növbədə gündüzlər, qızmar günəşin altında mümkün qədər az olmağa çalışın və fiziki fəaliyyətinizi məhdudlaşdırın. Ürək xəstələri və hipertansif xəstələr üçün havanın temperaturu yüksək olduqda ümumiyyətlə kondisionerli otaqda qalmaları daha yaxşıdır. Təzyiqinizi nəzarətdə saxladığınızdan əmin olun.

2. Küçəyə çıxsanız, boş paltarara üstünlük verin. Tünd rənglərdən və sintetik parçalardan çəkinin.

3. Kifayət qədər su içmək lazımdır. Unutmaq olmaz ki, bir tərəfdən, istehlak edilən maye miqdarının məhdudlaşdırılması lazım olan xəstəliklər var.Digər tərəfdən, sağlam insan istədiyi qədər içə bilər. Su (və hər hansı digər maye) çox soyuq yox sərin olmalıdır. Buzlu su hətta bədən istiliyinizi yüksəldə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər