İsti hava şəraiti ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ

İsti hava şəraiti ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ
Sosial 1528
 

Son günlər havaların kəskin istiləşməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, əsas məqsəd açıq havada çalışanları kəskin istilərdən qorumaqdır.

Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Emin Allahverdiyev deyir ki, verilən fasilələr işçilərin əmək maaşına təsir edə bilməz. Bundan əlavə, işçilərin gündəlik 8 saatlıq norması gözlənilməlidir.

Sözügedən tələblərə əməl etməyən işəgötürənlər barədə sərt tədbirlər görüləcək. Artıq onlara bununla bağlı xüsusi məktub da göndərilib.

Belə hallarla rastlaşanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 cağrı mərkəzinə məlumat verə bilərlər.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Bakı və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu iqlim normasından 3 dərəcə yüksəkdir. Belə isti hava şəraitinin iyulun 6-a kimi davam edəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında, bölgələrdə 35-40 dərəcə, Mərkəzi Aran rayonları və Naxçıvan MR-nin bəzi yerlərində 41-43, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Nazirlik isti hava şəraiti ilə bağlı xəbərdarlıq

Nazirlik isti hava şəraiti ilə bağlı xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava...

2012 Sosial 11:14 03 iyul 2017

Son xəbərlər