Soyuq havalarda bunu edən avtomobil sahibləri - ehtiyatlı olun! (VİDEO)

Soyuq havalarda bunu edən avtomobil sahibləri - ehtiyatlı olun! (VİDEO)
Video
Sosial 3215

 

Sürücülər diqqətli olun. Qış aylarında avtomobilinizin şüşə silənlərinin donmaması üçün istifadə etdiyiniz qatqılar sizin səhhətinizə mənfi təsir edə bilər. Bəs bu qatqıları alanda nələrə diqqət etmək lazımdır?

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, əksər sürücülər də belə edir. Xüsusən, şaxtalı qış aylarında şüşəsilənlərin donmaması üçün tərkibini bilmədikləri qatqılardan istifadə edirlər. Ancaq ehtiyyatlı olmaq lazımdır. Çünki həmin qatqıların bəziləri həm avtomobil üçün zərərlidir, həm də insan səhhətinə ciddi mənfi təsir göstərə bilər

Bəzi sürücülər hətta sistemin donmaması üçün spirtli içkilərdən və qab yumaq üçün nəzərdə tutulan vasitələrdən də istifadə edirlər.

Ustaların sözlərinə görə, bu qatqılar əsasən Rusiya, Avropa və Çin istehsalı olur. Onlardan ən məsləhətlisi avropa istehsalı olanlardır.

Avropa istehsalı olan qatqıların qiymətləri isə 5-15 manat arasında dəyişir.

BAKU.WS

Son xəbərlər