Son sutkada Azərbaycanda koronavirusdan ölən olmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, xəstəlikdən dünyasını dəyişən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 810 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 627 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 614, bu günə qədər isə ümumilikdə 7 135 151 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb. BAKU.WS Nazirlər Kabineti yanında Ope...