Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxub, ölən olmayıb

06
iyn
2022
16:36
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 833, bu günə qədər isə ümumilikdə 6 909 386 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qəra...
