Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub, ölən olmayıb

04
iyn
2022
16:51
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 040 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 302, bu günə qədər isə ümumilikdə 6 905 419 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında...
