Son Dəqiqə: Qrip olan hər kəsin istifadə etdiyi dərmanda böyük təhlükə!
10
yan
2018
11:30
Fransız və danimarkalı elm adamlarının son araşdırmasına görə, ibuprofen tərkibli dərmanlar uzun müddət yüksək dozada istifadə ediləndə fəsadlara səbəb olur. BAKU.WS-in məlumatına görə, alimlər ibuprofen tərkibli dərmanların istifadəsi zamanı sonsuzluq, impotensiya, depressiya və əzələ əriməsinə səbəb olur. İltihablanmanın qarşını alman və ağrı kəsici dərmanların yüksək dozada istifadəsi hamiləlikdə körpələrin sağlamlığına təhlükə yaradır. Fransız və Danimarkalı alimlər bu cür dərmanların hətta sağlam insanlara belə çox mənfi təsir etdiyini müəyyənləşdirib. Fransada klinik təcrübələr zamanı 8-35 yaş arası 31 sağlam şəxsə 6 həftə ərzində gündə 2 dəfə 3 ədəd dərman (ibuprofen tərkibli) verilib. Bu müddətin sonunda təcrübədə iştirak edən şəxslərdə testosteron hormonunun səviyyəsi aşağı düşüb. Ancaq elm adamları daha çox təcrübə aparılmasının vacib olduğunu bildirib. Alimlər ibuprofenin daha çox qrip üçün istifadə edilən dərmanların tərkibində olduğunu söyləyir. Bu dərmanların yüksək dozada istifadəsinin çox təhlükəli olduğu qeyd edilir. NazimBAKU.WS
Oxşar xəbərlər
Aptekdə güclü təsir edən maddə satan şəxs saxlanılıb - Aptek rəhbəri axtarılır
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair yay...