SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
Yeniliklərdən dərhal xəbərdar olun
İyul ayından etibarən SOCAR-ın dəniz platformalarında COVID-19 xəstəliyinə yoluxmaların sayı kəskin azalıb və kütləvi yoluxma halları müşahidə olunmur. Yoluxma hallarının əksəriyyəti karantin müddətində keçirilən birinci və ya təkrar test nəticəsində aşkarlanır.
BAKU.WS xəbər verir ki, bunu APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“Qeyd edim ki, iyul ayına qədər SOCAR üzrə dəniz platformalarında iş növbəsindən əvvəl təyin edilən karantin müddəti 3 gün olub və belə olan halda kütləvi yoluxmalar müşahidə olunurdu. Bunun qarşısını almaq üçün karantin müddəti 7 günə qədər uzadıldı və nəticədə platformalarda yoluxma hallarının sayı da aşağı düşdü. Karantin müddətinin 7 günə qədər olması ÜST, eləcə də neft hasil edən şirkətlərin təşkilatlarının tövsiyyələrinə uyğundur və SOCAR-da olduqca müsbət nəticə verib”, - deyə İ.Əhmədov bildirib.
O həmçinin əlavə edib ki, SOCAR-da dənizdə çalışan işçilərin sayı çox olduğuna görə hər karantindən sonra dənizdə bir aylıq iş növbəsinin tətbiq olunması logistik zərurətdən irəli gəlir: “İşçilərimizin iş şəraitinin rahatlaşdırılması üçün şirkətin sərəncamında olan bütün imkanlar səfərbər olunur. Hazırda Covid-19 yoluxmaların sayını azaltmaq, cəmiyyət olaraq, ən ümdə vəzifələrimizdəndir. Lakin qarşıdakı dövrdə mümkün olan kimi işçilərin növbə müddətinin pandemiyadan əvvəlki rejimə qaytarılması nəzərdən keçiriləcək.”
Oxşar xəbərlər
“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Koronavirusun episentrindən REPORTAJ
İlk dəfə dünya mediasında oxuduğumuz koronavirus bəlası daha sonra ölkəmizdə peyda oldu və hər kəsin qorxulu yuxusuna çevrildi. Aylardır ölkəmizdə bu virusa qar...