Smartfonla foto çəkib yayan gizir qadınla bağlı MN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Xaricdə yaşayan bloger Həbib Müntəzir "Facebook" səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb.
BAKU.WS-in məlumatına görə, o iddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.
“Qafqazinfo” sözügedən iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Xidmətin rəhbəri Vaqif Dərgahlı sorğuya cavab olaraq bildirib ki, belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl şəxsi smartfon telefondan istifadə edib ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndərən, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradan hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...