"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər?
Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkəti ilə müqavilə əsasında çalışaraq müxtəlif xidmətlər göstəriblər. Lakin iddia olunur ki, görülən işlərin müqabilində aylardır əməkhaqqıları ödənilmir.
"Mən layihə çərçivəsində sürücü kimi fəaliyyət göstərirdim. Ötən ilin oktyabr ayından bəri maaşlarımız ödənilmir, dekabrda isə bizi işdən çıxardılar. Şirkətin mənə təxminən 2 700-2 800 manat borcu var", - şikayətçilərdən biri söyləyib.
Oxşar xəbərlər
Əhali "yoxa çıxır": Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir?
Təbiəti və havası ilə gözoxşayan İsmayıllı rayonunun Tubukənd kəndinin sakinləri bir sıra problemlərdən şikayətçidirlər. BAKU.WS xəbər verir ki, bu barədə Baku...