Sığınacaqda ölən körpə ilə bağlı AÇIQLAMA: "Hadisə vaxtı anası yanında olub" - VİDEO
Sabunçu rayonunda valideyn himayəsindən məhrum olmuş yaşyarımlıq körpə qəflətən vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddialara görə, "Nur" uşaq sığınacağının sakini olan Ömür Zeynov qızılca xəstəliyinə yoluxubmuş.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ötən gün Ömür Zeynovun vəziyyəti qəfil pisləşib və o, dünyasını dəyişib. Bildirilir ki, azyaşlının ölümünə səbəb qızılca xəstəliyi olub.
Sığınacağın yaşca böyük sakinlərindən əldə edilən məlumata görə, balaca Ömür bir neçə gün imiş ki, soyuqlama əlamətləri ilə xəstə imiş. Müəssisədə ona ilkin tibbi yardım göstərilsə də, vəziyyətində müsbət dəyişiklik olmayıb.
Məlum olub ki, müəssisə rəhbərliyi hazırda azyaşlının dəfn mərasimində iştirak edir. Sığınacağın direktoru Kazım İsmayılov faktı təsdiqləyib və qeyd edib ki, bədbəxt hadisə baş verən an uşağın anası da orada olub.
Oxşar xəbərlər
Uzunömürlülərin neçə dişi olur?
Alimlər müəyyən ediblər ki, ağız boşluğunun sağlamlığı təkcə gözəl təbəssüm deyil, həm də uzunömürlülüklə birbaşa əlaqəlidir. Böyük epidemioloji araşdırmalar gö...