Səhiyyə Nazirliyindən suçiçəyinə yoluxma ilə bağlı AÇIQLAMA
25
dek
2018
08:22
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır.A.Əliyeva qeyd edib ki, heç bir məktəbəqədər müəssisədə və məktəbdə xəstəliyin artımı müşahidə edilmir:"Heç bir müəssisədə xəstəliyin ocağı yoxdur. Xəstəliyin tək-tək hallarda müşahidə edilməsi isə adi haldır. Müallicə profilaktika müəssiələrimiz tərəfindən suçiçəyinə yoluxanlara diaqnozun vaxtında qoyulması, onların kollektivdən təcrid olunması, müaynəsi və müalicəsi, RGEM-in yerli şöbələri tərəfindən isə yerlərdə əks-epidemik tədbirlərin aparılması təmin edilir".Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva qeyd edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur:"Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır və suçiçəyinə qarşı peyvənd tətbiq edilmir".BAKU.WS
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi infeksion xəstəliklərə görə hərəkətə keçdi
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqla...