Səhiyyə Nazirliyi bu dərman vasitəsini geri çağırıb
21
yan
2019
14:56
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin “Thiogamma®Turbo” infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.
BAKU.WS-in məlumatına görə, Analitik Ekspertiza Mərkəzindən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, həmin seriyalı flakonlar ölkəyə idxal olunmamışdan yoxlama zamanı problem aşkar olunub:“İdxala icazə verilməyib. Yəni ölkəyə həmin seriyalı flakonlar idxal olunmayıb”.2018-ci ildə Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 31886 sayda dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.BAKU.WSOxşar xəbərlər
Öldürən dərmanla bağlı “Whatsapp”da yayılan məlumata RƏSMİ CAVAB
Bir çox sosial şəbəkələrdə, o cümlədən “whatsapp” vasitəsi ilə əhalinin istifadə etdiyi dərman preparatı haqda yayılan şayiəyə Səhiyyə Nazirliyi münasibət bildi...