Ölkəyə idxal olunan 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb
05
mar
2018
19:49
Tarif Şurası tərəfindən 11 minə yaxın dərman vasitəsinin qiyməti tənzimlənib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə illik hesabatında əks olunub.Məlum olub ki, il ərzində 852 dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 846 dərman vasitəsi yenidən qeydiyyat proseduruna qəbul edilib.Keyfiyyətsiz, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə aparılan müayinələr nəticəsində hesabat ili ərzində idxalı üçün müraciət olunmuş 28 411 seriya dərman vasitəsindən 6342-də müəyyən uyğunsuzluqlar aşkar olunub.BAKU.WS
Oxşar xəbərlər
300-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib
Bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.Tarif Şurasından BAKU.WS-ə verilən məlumata görə, iclasda dərman vasitələrinin...