Öldürən dərmanla bağlı “Whatsapp”da yayılan məlumata RƏSMİ CAVAB
28
noy
2018
12:04
Bir çox sosial şəbəkələrdə, o cümlədən “whatsapp” vasitəsi ilə əhalinin istifadə etdiyi dərman preparatı haqda yayılan şayiəyə Səhiyyə Nazirliyi münasibət bildirib.Şəbəkə vasitəsi ilə yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib. BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).Son günlərdə şəbəkə vasitəsi ilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir. Bu səpkili məlumatlar bir necə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda və.s. yayılır.Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında ) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb.BAKU.WS
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR – bu uşaq qidaları və dərmanları zərərlidir
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) siyahısında dəyişiklik edib.BAKU.WS-in Mə...