Səhiyyə Nazirliyi Avropadan gələn təhlükəli xəstəliklə bağlı QƏRAR VERDİ
29
yan
2019
12:37
Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib.Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib:"Bundan əlavə hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib. Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir".BAKU.WS
Oxşar xəbərlər
Ölkəyə xəstəliklə bağlı vaksinlər gətirilir - hər kəs peyvənd ediləcək
Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından qeydə alınmağa başlayıb.Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemio...