Şənbə və bazar bu şəhərlərdə bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - SİYAHI
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi çərçivəsində ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyytət qoyulub.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:
4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
Oxşar xəbərlər
Sərt karantində bu rayonlarda işləməyəcək sahələr - SİYAHI
Azərbaycanın xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarında fəaliyyətinə icazə verilməyən iş və xidmət sahələri məlum olub. BAKU.WS xəbər veri...