Şənbə günü 28 dərəcə isti olacaq

Şənbə günü 28 dərəcə isti olacaq
Sosial 70

Bakıda və Abşeron yarımadasında mayın 14-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-24° isti, Bakıda gecə 11-13° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

May ayına olan hava proqnozu AÇIQLANIB

May ayına olan hava proqnozu AÇIQLANIB

May ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi bölgələrdə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin BAKU.W...

487 Sosial 12:38 01 may 2022

Son xəbərlər