Şəhidin beş aylıq körpəsi dəstək gözləyir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid Əli Rzayev son sözündə şəhid olarsa, oğlu Hüseynə atası ilə fəxr etməsini tapşırmağı demişdi.
Mingəçevirdən olan şəhidimiz 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb. Şəhidin həyat yoldaşı Gülü Rzayeva deyir ki, Əli dünyadan köçəndə övladı iki aylıq olub. Hüseyn dünyaya ürək-damar açıqlığı ilə gəlib. Həkimlər onun rahat, rütubətsiz şəraitdə böyüməsini tapşırıblar. Əks təqdirdə uşaq əməliyyat olunmalıdır.
Amma indi bu ailənin yaşadığı yataqxana binası qətiyyən həmin standartlara cavab vermir.
Baku TV köməyə ehtiyacı olan şəhid ailəsinin yaşadığı yataqxana otağından reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...