Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi çalışıb.
Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.
O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Federasiyanın kollektivi şəhid boksçunun timsalında bütün şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...