Seysmoloji Xidmət Mərkəzindən əhaliyə MÜRACİƏT
Türkiyədəki zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair məlumatlar yayılıb.
BAKU.WS xəbər verir ki, bu məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzindən əhaliyə müraciət edib.
Həmin müraciəti təqdim edirik:
“Türkiyədəki zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır:
Sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şayiələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq. Hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir. Yayılan təxribat xarakterli şayiələrə inanmayın!”
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...