Seysmoloji Mərkəz Bakıda zəlzələ ehtimalı barədə

Seysmoloji Mərkəz Bakıda zəlzələ ehtimalı barədə
Sosial 3143
"Respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsus ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdirməyən və vətəndaşları heç nədən narahat edən xəbərlər yaymasına səbəb olub. Vətəndaşlarımız tərəfindən bizə bununla bağlı edilən çoxsaylı müraciətlərə bir daha aydınlıq gətirərək bildirmək istəyirəm ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı əlaqəsi yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir".Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda qeyd olunub.Bildirilib ki, Bakıda gözlənilən güclü küləklə bağlı müvafiq qurumlar tərəfindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir: "Odur ki, vətəndaşlarımızdan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadı olmayan hər hansı xəbəri inanmamağı, media nümayəndələrimizdən isə bu səpkili xəbərləri dəqiqləşdirmədən yaymamağı xahiş edirik".BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Ağcabədi rayonunda zəlzələ baş verib.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə məlumat ve...

2 Hadisə 10:47 12 dekabr 2018

Son xəbərlər