Xəzərdə bir gündə 2 zəlzələ oldu

Xəzərdə bir gündə 2 zəlzələ oldu
Hadisə 2212
Xəzərdə bu gün ikinci zəlzələ qeydə alınıb.Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:25:43-də Xəzər dənizində baş verib. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.Qeyd edək ki, bundan öncə səhər saatlarında Xəzər dənizində daha bir zəlzələ olub. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, təkanlar yerli vaxtla saat 08:36-da qeydə alınıb.Məlumata görə, maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda zəlzələ baş verib

Azərbaycanda zəlzələ baş verib

Lerikdə zəlzələ baş verib.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yerli vaxtla sa...

2 Hadisə 09:18 10 sentyabr 2017

Son xəbərlər