Azərbaycanda hansı ərazidə güclü zəlzələ baş verə bilər? RƏSMİ AÇIQLAMA
11
iyn
2018
13:45
“Hazırda Azərbaycan ərazisinda güclü seysmik aktiv zona yoxdur”.BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.O bildirib ki, Zaqatala rayonunda zəlzələ bölgəsində son iki gündə heç bir aktivlik qeydə alınmayıb: “Zaqatalada qeydə alınan 6 ballıq zəlzələdən sonra ərazidə 100-dən çox avterşok baş verib”.Q.Yetirmişli qeyd edib ki, son günlər ölkənin digər bölgələrində fon səviyyəsində olan zəif təkanlar qeydə alınıb: “Ölkə ərazisində zəif, hiss olunmayan yeraltı təkanlar hər gün olur və bu normal haldır. Zəif təkanlar qorxulu deyil və onlar insanlar tərəfindən hiss olunmur”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ oldu - təkanlar gecə 4-də qeydə alındı
Saatlı rayonunda zəlzələ qeydə alınıb.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, tək...