Səyahət etmək bahalaşacaq: Aviabiletlərin qiyməti arta bilər - PROQNOZ
Yaxın Şərqdəki münaqişənin uzanacağı təqdirdə, 2027-ci ildə beynəlxalq uçuşların qiymətinin 10% artacağı gözlənilir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Tourism Economics" konsaltinq şirkətinin analitik hesabatında bildirilir.
Uçuş xərclərində artımın 2026-cı ilin sonunda daha nəzərəçarpan olacağı, tədarük zəncirindəki fasilələrin davam edəcəyi təqdirdə isə 2027-ci ildə qiymət artımının daha əhəmiyyətli həddə - 10%-ə qədər yüksələ biləcəyi ehtimal edilir.
Hörmüz boğazı vasitəsilə enerji resurslarının ixracı sisteminin pozulması neft və aviasiya yanacağının qiymətlərinə ciddi təzyiq göstərib. Bununla yanaşı, neft emalında marjanın rekord dərəcədə yüksək olması, həmçinin tədarükün təmin edilməsi və saxlama imkanları ilə bağlı narahatlıqlar səbəbindən aviasiya yanacağının dəyəri xam neftlə müqayisədə kəskin şəkildə bahalaşıb.
Hesabatda qeyd olunur ki, vəziyyətin nisbətən əlverişli ssenari üzrə inkişaf edəcəyi halda belə, 2026-cı ildə aviabiletlərin orta dünya qiymətləri münaqişədən əvvəl gözlənilən səviyyədən 5-10% yüksək ola bilər.
Oxşar xəbərlər
Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı
Gəncənin Şəhidlər xiyabanında 600-ə yaxın Vətən fədaisi uyuyur. Onlardan 480-i Birinci Qarabağmüharibəsinin, digərləri isə Vətən müharibəsinin şəhidləridir. Vət...