Səsvermədə aktivlik necədir? - Məntəqə sədri detalları AÇIQLADI
Bu gün Azərbaycanda növbəti bələdiyyə seçkisi keçirilir.
Baku TV 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı seçki məntəqəsindəki səsvermə prosesi ilə bağlı son məlumatları izləyicilərin diqqətinə çatdırıb. Dairə seçki komissiyasının sədri Süleyman Məmmədov bildirib ki, sözügedən seçki məntəqəsində 1382 seçici var.
"Doqquz seçici ilk dəfə səs verəcək. Daşınan qutu üzrə müraciət daxil olmayıb", - deyə o əlavə edib.
Məntəqə sədrinin sözlərinə görə, seçki prosesinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq seçicilərdən 35-i səsvermədə iştirak edib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki küçədə hərəkət məhdudlaşdırılır
Bakının daha iki yol sahəsində təmir işləri aparılır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bil...