Sertab Erener Bakıda möhtəşəm konsert verib
Ötən gecə Türkiyənin sevilən ifaçısı Sertab Erener Bakıda konsert verib.
BAKU.WS xəbər verir ki, sənətçi "KEvents Group"un təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində sevənləri ilə bir araya gəlib.
Möhtəşəm səhnə performansı və ifaları ilə sevənlərinə unudulmaz gecə yaşadan müğənni bəzi mahnıları ilə tamaşaçıları "90-lar"a aparıb nostalji hisslər yaşadıb.
İfaçı konserti zamanı pərəstişkarları ilə söhbət edib:
"Mən Bakıya bir az tez gəldim. Burada dostlarım var. Musiqi ilə məşğul olub, illər əvvəl Bakıya köçüb. Onun Azərbaycan haqqında danışdıqlarını eşidəndən sonra adam köçüb burada yaşamaq istəyir".
Qeyd edək ki, Sertab səsləndirdiyi bəzi ifaları zalda əyləşən fanatları ilə birlikdə səsləndirib.
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...