Sərnişinlərdən 62 nömrəli marşrut barədə ŞİKAYƏT - "BakuBus"dan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda avtobus gözləyən sərnişinlər uzun müddət narahatlıq yaşayırlar.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda, Nəsirəddin Tusi küçəsini Sabunçu dəmiryol stansiyası ilə birləşdirən 62 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər dayanacaqda uzun müddət gözləmək məcburiyyətində qalırlar.
Sərnişinlərin sözlərinə görə, bəzən avtobus üçün 40 dəqiqədən çox vaxt gözləməli olurlar. Bu problem həm həftəiçi, həm də həftəsonu davam edir. Sərnişinlər avtobus intervalının azaldılmasını və ya marşrut xəttində avtobusların sayının artırılmasını tələb edirlər.
Problemlə bağlı "BakuBus" MMC-dən bildirilib ki, 62 nömrəli xətt üzrə ümumilikdə 22 avtobus fəaliyyət göstərir və nəzərdə tutulmuş interval 6 dəqiqədir. Lakin pik saatlarda yol sıxlığı səbəbindən gecikmələr baş verir və bu gecikmələr "BakuBus" MMC-nin fəaliyyəti ilə əlaqəli deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
"Orta aylıq pensiya məbləğindəki artım bütün pensiyaların eyni faizlə artırılması demək deyil. Gələn ildən etibarən pensiyaların indeksləşdirilməsi ilə bağlı ye...