Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Sosial 115

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.

Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir.

Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır.

Qeyd edək ki, bu il 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün məktəblərdə ilk dərs günü sabah başlayacaq.

"BAKU.WS" komandası olaraq əlamətdar gün münasibətilə bütün təhsilalanları təbrik edir, hər birinə yeni-yeni nailiyyətlər arzulayırıq !

Son xəbərlər