Səhiyyə Nazirliyi: Evdə müalicə alan COVİD-19 xəstələrinin sayı hələ ki, bəlli deyil

Evdə müalicə alan COVİD-19 xəstələrinin sayı hələ ki, bəlli deyil. Lakin artıq statistika yeni yanaşma ilə aparılmağa başlanır.
BAKU.WS-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.Onun sözlərinə görə, COVİD-19 xəstəliyindən əziyyət çəkmiş və xəstəxanada müalicə olunan xəstələr evə yazılarkən onlara ambulator müalicə təyin edilir. Bu xəstələr sahə həkiminin nəzarəti altında aparılır:
“Beləliklə, həmin xəstələr yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və ətraf qəsəbələrdə 2000-ə yaxın şəxs poliklinika nəzarətindədir. Amma bundan sonra poliklinika tərəfindən qeydiyyata alınan, aktiv nəzarətə götürülən, yüngül əlamətləri olan xəstələrin statistikası yenidən formalaşdırılacaq”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
