Şəhid xanımına leytenant rütbəsi təqdim olundu

Şəhid xanımına leytenant rütbəsi təqdim olundu
Foto
Sosial 14

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva bu gün gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçməsində iştirak edənlər arasında olub.

Ona bu gün leytenant rütbəsi verilib.

Vüsalə Əliyeva gömrük orqanlarında işə başlaması barədə danışıb:

Şəhid xanımına leytenant rütbəsi təqdim olundu

"Gömrük əməkdaşı olaraq bu gün andiçmə mərasimində iştirak etmək hər birimiz üçün qürurverici və məsuliyyətli idi. Biz vətənimizə, dövlətimizə hər zaman sadiq qalaraq, daim dürüst və peşəkar, vətənpərvər, məsuliyyətli olmaqla yanaşı, Azərbaycan Respublikası qanunlarına sədaqətlə xidmət edəcəyimizə and içdik. Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün mən də qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi.

Gömrük orqanındakı andiçmə mərasimi hər il ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən, gömrük orqanında xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür".

Şəhid xanımına leytenant rütbəsi təqdim olundu

"Keçən il mayın 8-də mən kiçik leytenant rütbəsi almışdım və indi də yeni bir əmr ilə leytenant rütbəsinə layiq görülmüşəm. Mən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova öz təşəkkürümü bildirirəm. İnşallah ki, bu etimadı ən yüksək səviyyədə doğruldarıq. Vətənə, Azərbaycana xidmət etmək hər birimiz üçün, xüsusilə də bir zabit kimi bizim üçün şərəfdir.

Övladlarımın yanımda böyümələri mənə həmişə dəstək oldu. Mən də bu gündən Azərbaycan Respublikasına xidmət edirəm. Bu mənim üçün olduqca məsuliyyətli və qürurlu hissdir", - deyə şəhid xanımı əlavə edib.

Qeyd edək ki, Vüsalə Əliyeva Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşaya girişi təmin edən döyüşlərə rəhbərlik edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər